İstanbul Hava Limanında narkotik araşdırması çərçivəsində saxlanılan Edisin narkotik testinin nəticələri açıqlanıb. Nəticələrdən sonra Edis açıqlama verib.
Medicina.az xəbər verir ki, məşhur türkiyəli müğənni Edis ölkəyə qayıtdıqdan sonra hava limanında saxlanılıb. İfadə verdikdən və testlərdən keçdikdən sonra o, sərbəst buraxılıb. Edis Görgülüdən götürülən narkotik testlərinin nəticəsi müsbət çıxıb. Nəticələrdən sonra Edis açıqlama verib.
Edis nəticədən təəccübləndiyini bildirib: "Adım belə bir məsələdə çəkilən kimi xaricdən tez qayıtdım. Həyatıma və vərdişlərimə son dərəcə əmin olduğum üçün testdən keçdim. Nəticədən son dərəcə təəccübləndim.
İnanıram ki, Türkiyə Məhkəmə Tibb İnstitutu bu məsələdə mənə xüsusi prosedur tətbiq etməyəcək. Lakin həyatımı və vərdişlərimi dəqiq bildiyim üçün düşünürəm ki, səhv ola bilər.
Buna görə də testlərin yenidən yoxlanılmasını və təkrarlanmasını tələb edəcəyəm.
Hüquqlarımı tələb edəcəyəm. Əksi doğru olsaydı, bunu açıq şəkildə qəbul edib məsuliyyət daşıyardım. İnanıram ki, həqiqət üzə çıxacaq. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkür edirəm".
Aygün
Medicina.az