Nitq gecikməsi irsi ola bilər?

  • 2025.09.08 23:18
  • 154 Baxış
Nitq gecikməsi irsi ola bilər?

Bəzi ailələrdə nitq gec formalaşa bilər və bu normal qəbul edilir.

Medicina.az xəbər verir ki, bu sözləri nevroloq Röyanə Quluzadə bildirib.

Onun sözlərinə görə, nitqin formalaşmasının müəyyən dövrləri və ardıcıllığı var:

"Nitq 5-6 ayında formalaşmağa başlayır. Uşaq qığıldamağa, müəyyən səslər çıxarmağa başlayır. 10-11 ayında ba-ba, də-də kimi hecalar deyir. 1 yaşından qısa-qısa sözlər deməyə başlayır. 2 yaşında isə uşağın 50-100 söz balansı olmalıdır. Amma bəzi ailələrdə ana-ata gec danışmış olur, uşaq da gec danışmağa başlayır. Lakin uşağın söz ehtiyatı az olsa da, o hər şeyi anlayır, əli, mimikası, jestləri ilə bizi başa salmağa başlayırsa normal qəbul edirik. Müəyyən köməkçi vasitələrlə psixoloqla və ya uşağı danışdırmaqla onu gözləyirik".


Aygün
Medicina.az