Azərbaycanlı alim Samir Babayev Nyu-Yorkdan qayıdaraq Xankəndində fəaliyyət göstərməyə başlayıb.
Medicina.az xəbər verir ki, Samir Babayev Qarabağ Universitetinin Klinikasının baş direktoru, eyni zamanda Tibb və sağlamlıq elmləri fakültəsinin dekanıdır.
Samir Babayev 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində,
2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində tibb təhsili alıb.
2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində rezidentura üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramı üzrə təhsilini davam etdirib.
O, 20 ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb.
Çoxsaylı elmi əsərlərin müəllifi olan Samir Babayev bir sıra nüfuzlu tibbi assosiasiyaların üzvü və rəhbəri olaraq fəaliyyət göstərib, müxtəlif təqaüdlərə və fəxri mükafatlara layiq görülüb.
Aygün
Medicina.az