Oğlan uşağı doğan qadınlarda baş verən möcüzə

  • 2023.05.15 15:29
  • 2501 Baxış
Oğlan uşağı doğan qadınlarda baş verən   möcüzə
Oğlan uşağına hamiləlik, qadın orqanizmi və beynində ciddi dəyişikliklər edir. Belə ki, dölün DNT-si beyinə çatmamış o, ananın bədəninə köçürülə bilir.

“Medicina” məlumatına görə, tədqiqatlar göstərib ki, qadın oğluna hamilə olanda onun hüceyrələrinin bir hissəsi dölün beyninə çatmamış onun bədənindən keçir.


Bu DNT onilliklər ərzində qadın orqanizmində saxlanıla bilər.

Fred Hatçinson adına Xərçəng İnstitutunun tədqiqatçıları hesab edirlər ki, qadın orqanizmində “kişi geninin” görünməsinin yeganə ağlabatan izahı da oğul övladı dünyaya gətirməsindədir.

Buradakı ötürülmə mexanizmi, ehtimal ki, ananın plasenta vasitəsilə oksigen və qida mübadiləsi etdiyi zamanla eynidir. Məlum olub ki, hüceyrələr əks istiqamətdə hərəkət edə bilirlər.


Oğlunun DNT-si uzun illər anada qalır, çünki bu qalıqlar 94 yaşlı xanımların bədənində də tapılıb. Çox güman ki, qızlar da oxşar şəkildə izlərini buraxırlar, lakin onları tapmaq daha çətindir. Bu, qadın beynində kişi DNT-sinin varlığını aşkar edən ilk elmi araşdırmadır.

Bundan əvvəl də alimlər qadınların qanında, sümük iliyində, ürəyində, ağciyərində, qaraciyərində və digər orqanlarında kişi hüceyrələri aşkar etmişdilər.


Günay Quliyeva