Palçıqlı ayaqqabılarını çıxarıb, corabla marketə girdi

  • 2025.12.18 10:16
  • 229 Baxış
Palçıqlı ayaqqabılarını çıxarıb,  corabla marketə girdi

Türkiyədə marketin girişində palçıqlı ayaqqabılarını çıxarıb corabları ilə alış-veriş edən kişinin görüntüləri sosial mediada gündəm olub.

Medicina.az xəbər verir ki, Mersində ayaqqabılarındakı palçığı görən orta yaşlı bir kişi əvvəlcə küçənin kənarında ayaqqabılarını qaşıyıb.

Palçığın təmizlənmədiyini görən kişi, daha sonra market girişində ayaqqabılarını çıxarıb corabları ilə içəri girib.

Kassir alıcını ayaqyalın görəndə təəccüblənib.

Bütün hadisə supermarketin təhlükəsizlik kamerasına çəkilib və görüntülər onu görənlərin ürəyini isidir.

Aygün
Medicina.az

Palçıqlı ayaqqabılarını çıxarıb,  corabla marketə girdi
Palçıqlı ayaqqabılarını çıxarıb,  corabla marketə girdi
Palçıqlı ayaqqabılarını çıxarıb,  corabla marketə girdi