Çinin Yuhan şəhəri yenidən karantinə alınıb.
Çinin Uhan şəhəri koronavirus pandemiyasının başlamasından təxminən üç il sonra yenidən karantinlə üzləşir. Çin hakimiyyəti koronavirusa qarşı sıfır tolerantlıq siyasətindən imtina etmək istəmir.
“Medicina” xəbər verir ki, şəhərin təxminən 800.000 sakininə bu həftənin sonuna qədər evlərindən çıxmaq qadağandır. Bu sərt məhdudiyyətlər şəhərdə gündə 25 yeni yoluxma halı qeydə alınmağa başladıqdan sonra tətbiq edilib. Digər böyük şəhərlərin, xüsusən də Qərbin standartlarına görə, bu, mikroskopik bir haldır. Lakin Çin ötən pandemiyadan güclü dərs çıxarıb.
Hazırda Çinin 28 şəhərində ən azı 200 milyon sakini müxtəlif məhdudiyyətlər və karantinlər, o cümlədən ev qadağaları, məcburi kütləvi testlər və mağaza bağlanması altında yaşayır. Çində ardıcıl üçüncü gündür ki, bir gündə 1000-dən çox yeni yoluxma halı qeydə alınıb. Bu, digər ölkələrdəki tipik rəqəmlərlə müqayisədə çox az sayda yoluxma halıdır.
Çin çox aşağı yoluxma nisbətlərində belə aqressiv təcrid və karantin tədbirləri tətbiq edir. Bu siyasət təxminən üç ildir tətbiq olunur, bəzi insanlar bir-iki ay evlərində qalırlar.
Aygün Musayeva