Portağalı belə saxlayın, daha gec xarab olsun

  • 2026.08.11 13:12
  • 304 Baxış
Portağalı belə saxlayın, daha gec xarab olsun

Portağalların daha uzun müddət təzə qalması üçün onları düzgün saxlamaq vacibdir.

Medicina.az xəbər verir ki, Grand Frais-in tövsiyələrinə görə, portağalları sərin, quru və yaxşı havalandırılan yerdə saxlamaq onların ömrünü uzada bilər.

Mütəxəssislər portağalların soyuducunun tərəvəz bölməsində saxlanmasının da yaxşı seçim olduğunu bildirirlər. Bu halda meyvə təxminən 10-15 gün təzəliyini və şirəliliyini qoruya bilər.

Lakin portağalları alma, banan və avokadonun yanında saxlamaq məsləhət görülmür. Bu meyvələr etilen adlı qaz ifraz edir və portağalların daha tez yetişib xarab olmasına səbəb ola bilər.

Portağal alarkən isə çox yumşaq, büzüşmüş və qəhvəyi ləkələri olan meyvələrdən uzaq durmaq tövsiyə edilir.

Xanım,
Medicina.az