Rusiyalı həkimlər bir qadından 34 xərçəng şişini çıxarmağa müvəffəq olub.
“Medicina” xəbər verir ki, Voronejdə leyomiosarkomalı xəstədən 34 xərçəng şişi çıxarılıb. Bu barədə Voronej Regional Elmi-Klinik Mərkəzi məlumat yayıb.
Şöbə müdirinin nəzarəti altında cərrahlar briqadası 33 yaşlı qadının qarın boşluğunun və çanaq sümüyün müxtəlif nahiyələrində yerləşən 34 metastatik şişi çıxarıb.
Çıxarılan neoplazmaların ölçüsü 0,3 sm-dən 9×10 sm-ə qədər dəyişirdi.
Əməliyyat mütərəqqi onkoloji xəstəliyi olan xəstənin hərtərəfli müayinəsindən sonra multidissiplinar şuranın qərarı ilə həyata keçirilib.
Əməliyyatdan sonra xəstə onkoloji mərkəz xəstəxanasından buraxılıb, özünü qənaətbəxş hiss edir. Qadının müalicəsi davam etdirilir.
Aygün Musayeva