Qan durulaşdırıcı dərmanlardan ayağı bu hala düşdü - VİDEO

  • 2026.04.08 14:51
  • 251 Baxış
Qan durulaşdırıcı dərmanlardan ayağı bu hala düşdü -  VİDEO

Allerqoloq Günel Məmmədova qan durulaşdırıcı dərmanların təsiri ilə bağlı paylaşım edib.

Medicina.az xəbər verir ki, pasiyentin ayağındakı ləkələri paylaşan həkim əlavə edib:

"Hər dəri ləkəsi şəkərlə bağlı olmur. Bəzən səbəb qəbul etdiyiniz dərmanlar ola bilər. Uzun müddət və çoxsaylı qan durulaşdırıcı dərmanların istifadəsi nəticəsində dərman mənşəli vaskulit inkişaf etmişdi. Özbaşına dərman qəbul etməyin və belə hallarda mütləq həkimə müraciət edin".


Aygün
Medicina.az