Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama

  • 2026.07.24 19:35
  • 145 Baxış
Qan qrupu insult riskinə təsir edə bilər  – Alimlərdən açıqlama

Alimlər minlərlə insult xəstəsinin və sağlam insanın məlumatlarını araşdırıblar. Nəticələr göstərib ki, A qan qrupu olan insanlarda erkən yaşda insult riski bir qədər yüksək, O qan qrupu olanlarda isə daha aşağı ola bilər.

Medicina.az xəbər verir ki, bu, insanın mütləq insult keçirəcəyi anlamına gəlmir. Qan qrupu yalnız mümkün risk amillərindən biridir.

İnsult riskini artıran əsas səbəblər isə yüksək təzyiq, xolesterin, şəkərli diabet, siqaret çəkmək və az hərəkətli həyat tərzidir.

Həkimlər sağlam qidalanmağı, mütəmadi hərəkət etməyi, təzyiqi nəzarətdə saxlamağı və zərərli vərdişlərdən uzaq durmağı məsləhət görürlər.

Xanım,
Medicina.az