Türkiyədə Əskişəhərdə qarın ağrısı şikayəti ilə xəstəxanaya gedən 48 yaşlı Selçuk Yüksələ qaraciyər çatışmazlığı diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, Selçuk Yüksəl 8 apreldə qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib.
Diaqnoz üçün müxtəlif testlərdən keçdikdən sonra Yüksələ əvvəlcə öd daşı, sonra sirroz və nəhayət qaraciyər çatışmazlığı diaqnozu qoyulub.
Təxminən bir ay Əskişəhər Şəhər Xəstəxanasında müalicə aldıqdan sonra Selçuk Yüksəl təcili yardım maşını ilə Malatya İnönü Universiteti Turqut Özal Tibb Mərkəzinə köçürülüb.
Malatyada 24 gün müalicə aldıqdan sonra Yüksəl Əskişəhərə qaytarılıb və şəhər xəstəxanasında müalicəsini davam etdirib.
Xəstəliyinin irəliləməsi səbəbindən Selçuk Yüksəl reanimasiya şöbəsinə yerləşdirilib.
Yüksəlin həyat yoldaşı Dilek Yüksəl, ərinin müalicəsi zamanı onun yanından heç vaxt ayrılmayıb.
Dilek Yüksel, ərinin sağlamlıq vəziyyətinin kritik olduğunu və uyğun qaraciyər donoru tapmaq üçün kömək istəyəcəyini bildirib.
Aygün
Medicina.az