Qarın piyləri niyə getmir? Səbəb yemək deyil

  • 2026.08.06 12:37
  • 130 Baxış
Qarın piyləri niyə getmir?  Səbəb yemək deyil

Həkim Jan-Mişel Koen bildirib ki, qarın nahiyəsində yağların toplanmasına yalnız qidalanma səbəb olmur. Stress, hormonal dəyişikliklər, yuxusuzluq və az hərəkətlilik də bu prosesə təsir edir.

Medicina.az xəbər verir ki, bu barədə “Doctissimo” nəşri yazıb.

Bildirilib ki, xüsusilə xroniki stress zamanı artan kortizol hormonu qarın bölgəsində yağ yığılmasını sürətləndirə bilər.

Həkimlər vurğulayırlar ki, qarın piylərini azaltmaq üçün yalnız pəhriz kifayət etmir. Sağlam qidalanma ilə yanaşı, fiziki aktivlik və düzgün yuxu da vacibdir.

Xanım,
Medicina.az