Qəbizlik dərmanı böyrəklərə də kömək edə bilər

  • 2026.08.18 12:32
  • 100 Baxış
Qəbizlik dərmanı böyrəklərə də kömək edə bilər

Yapon alimlərinin apardığı klinik araşdırmada qəbizliyin müalicəsində istifadə olunan lubiproston dərmanının xroniki böyrək xəstəliyi olan insanlarda böyrək funksiyasının azalmasını yavaşlada biləcəyi müəyyənləşib.

Medicina.az xəbər verir ki, 118 xəstənin iştirak etdiyi araşdırmada dərman 24 həftə sınaqdan keçirilib. Xüsusilə 16 mkq qəbul edən qrupda böyrək funksiyasının daha yaxşı qorunduğu müşahidə olunub. Lakin araşdırmanın əsas göstəricisi müsbət nəticə verməyib və dərmanın böyrək xəstəliyinin müalicəsi kimi təsdiqlənməsi üçün daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac var.

Mütəxəssislər bildirirlər ki, xroniki böyrək xəstəliyi olan şəxslər qəbizlik dərmanlarını həkim məsləhəti olmadan qəbul etməməlidir.

Xanım,
Medicina.az