Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qız anası öldürməsin deyə özünü - ölülüyə vurdu

  • 2025.06.05 17:32
  • 178 Baxış
Qız anası öldürməsin deyə özünü   -  ölülüyə vurdu



Florida ştatında 12 yaşlı qız yol kənarındakı kolluqda tapılıb. Onun başına gələnləri polisi də dəhşətə gətirib.

“Medicina” xəbər verir ki, adı açıqlanmayan qız üz və boyun nahiyəsindən bıçaq xəsarətləri alıb.

Hazırda xəstəxanada xəstənin vəziyyəti stabildir. Məlum olub ki, uşağa öz anası, 35 yaşlı Qvendolina Girard naməlum səbəbdən hücum edib. O, əvvəlcə cavab qaytaran qızını yaralayıb, qız özünü ölü kimi göstərmək qərarına gəlib, bunu görən ana qurbanı yol kənarındakı kolluqlara atıb.


Qvendolin nəzarətə götürülüb. Yerli şerif qızın təkcə bıçaq xəsarətləri deyil, həm də ağır ruhi travma almasından təəssüfləndiyini bildirib. Amma qurbanın nənəsi nəvəsi ilə fəxr edir və onu balaca qalib adlandırıb.

Aygün Musayeva