Qozun təzə olub-olmadığını belə yoxlamaq olar

  • 2026.08.28 15:13
  • 127 Baxış
Qozun təzə olub-olmadığını belə yoxlamaq olar

Qabığı soyulmamış qozun təzə olub-olmadığını müəyyən etmək üçün onu sındırmağa ehtiyac yoxdur.

Medicina.az xəbr verir ki, sadə bir üsulla bunu əvvəlcədən yoxlamaq mümkündür.

Mütəxəssislərə görə, qozu qulağın yanında silkələmək kifayətdir. Əgər səs gəlmirsə, qozun təzə olma ehtimalı yüksəkdir. Əksinə, silkələdikdə boğuq səs eşidilirsə, bu, ləpənin qurumağa başladığını göstərə bilər.

Bundan başqa, qabığı açıq rəngli, quru və yuyulmamış qozlara üstünlük vermək tövsiyə olunur. Həddindən artıq nəm qabıq kif yaranmasına və məhsulun daha tez xarab olmasına səbəb ola bilər.

Qoz sağlam yağlar, zülal, lif, omeqa-3, maqnezium və dəmir baxımından zəngindir. Lakin qeyri-adi qoxu və ya kif əlamətləri olan qozları istehlak etmək məsləhət görülmür.

Xanım,
Medicina.az