Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qreypfrut nəyə faydalıdır?

  • 2025.07.09 17:07
  • 91 Baxış
Qreypfrut nəyə faydalıdır?

C vitamininin güc mərkəzi olan qreypfrut, immunitet sistemini gücləndirməkdən həzmi dəstəkləməyə qədər bir çox faydaları ilə diqqət çəkir..

Medicina.az xəbər verir ki, qış aylarının ən məşhur sitrus meyvələrindən biri olan qreypfrut təkcə təravətləndirici dadı ilə deyil, sağlamlığa verdiyi töhfələrlə də diqqət çəkir.

C vitamini ilə çox zəngin olan bu meyvə immunitet sistemini gücləndirməsi ilə tanınır.

İmmuniteti gücləndirir

Qreypfrut yüksək miqdarda C vitamini ehtiva etdiyi üçün xüsusilə soyuq havalarda bədənin müqavimətini artırmağa kömək edir. Daimi yeyildikdə qrip və soyuqdəymədən qoruya bilir.

Həzm sistemini dəstəkləyir

Liflə zəngin olan qreypfrut həzm sisteminin nizamlı işləməsinə kömək edir. Qəbizlik kimi problemlərin qarşısını almağa kömək edə bilər.

Ürək sağlamlığını qoruyur

Qreypfrutun tərkibindəki kalium və antioksidantlar ürək sağlamlığına müsbət təsir göstərir. Qan təzyiqini tarazlaşdırmağa və pis xolesterolu azaltmağa kömək edə bilər.



Arıqlamağa kömək edir

Aşağı kalorili və doyurucu xüsusiyyəti ilə tez-tez pəhriz siyahılarına daxil edilən qreypfrut, çəkisinə nəzarət etmək istəyənlər üçün ideal bir meyvədir.

Dərinin sağlamlığını dəstəkləyir

Antioksidan xüsusiyyətləri sayəsində dəri hüceyrələrini yeniləyir və qocalma əlamətlərini gecikdirir. .

Qreypfrutun bəzi dərmanlarla qarşılıqlı təsir göstərə biləcəyini unutmaq olmaz. Xüsusilə qan təzyiqi, xolesterin və antidepresan dərmanlar istifadə edən insanların qreypfrut yeməzdən əvvəl həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur.

Aygün
Medicina.az