Qumarbaz qadın 14 dəfə ərə getdi – Kişiləri soydu

  • 2026.07.13 23:17
  • 268 Baxış
Qumarbaz qadın 14 dəfə ərə getdi  – Kişiləri soydu


Las Vegaslı qadın kişilərdən qumar pulu qoparmaq üçün 14 dəfə evlənib.


Medicina.az xəbər verir ki, 33 yaşlı Jiaying Chen yeni partnyorlarla evlənib və sonra onlardan Çində xəstə qohumuna yardım etdiyini əsas gətirərək külli miqdarda pul istəyib. Pul onun hesabına daxil olduqdan sonra o, ünsiyyəti dayandırıb.

2019-cu ilin martından 2024-cü ilin mayına qədər Jiaying Chen Clark dairəsində müxtəlif adlarla bir neçə dəfə evlənib. O, həmçinin pulu qumara xərcləyib və təkcə son bir ildə kazinolarda 300.000 dollardan çox pul itirib.

Jiaying Chen həbs edilib. O, saxta nikahlarla bağlı dələduzluq ittihamları üzrə özünü günahkar bilib. Britaniya nəşrinin məlumatına görə, məhkəmə iclası 20 avqusta təyin edilib.


Aygün Musayeva