Son günlər quru dondurmalar sosial şəbəkələrdə trendə çevrilib. İstifadəçilər marketlərdə quru dondurmaların axtarışına çıxıblar.
Bəs quru dondurmalar faydalıdırmı? Kimlərə olmaz?
Medicina.az bildirir ki, mövzu ilə bağlı qida texnoloqu Ağa Salamov açıqlama verib.
Ekspertin sözlərinə görə, ilkin mərhələdə məhsulun çəkisindən asılı olaraq dondurmalar -40 dərəcədə 6-14 saat ərzində dondurulur:
"Bundan sonra sublimasiya prosesi başlayır. Vakuum donduruculara keçirilib -25 dərəcədə 20-40 saat arasında suyun buxara döndürülməsi prosesi başlayır. Daha sonra +20 dərəcədə 5-10 saat ərzində quruma prosesi davam etdirilir. Və qurudulmuş dondurmalar əldə olunur. Xırçıldayır, dişə yapışandır. Yaşlılar və uşaqlar yeyərkən diqqətli olmalıdırlar. Tam qurudulduğuna görə tərkibindəki C və B vitaminləri azalır. Həmçinin, tərkibində şəkər yüksək olduğu üçün diabet xəstələri də ehtiyatlı olmalı, həkim məsləhəti ilə qidalanmalıdırlar".
Aygün
Medicina.az