Səhər saat 3 radələrində tez-tez oyanmaq təsadüfi görünə bilər, lakin mütəxəssislər bunun stress, yüksək kortizol səviyyəsi və ya pozulmuş yuxu rejimi ilə əlaqəli ola biləcəyini bildirirlər.
Medicina.az xəbər verir ki, bu saat adətən dərin yuxunun sonuna təsadüf edir.
Kiçik səs-küy, temperatur dəyişikliyi və ya narahatlıq belə insanın oyanmasına səbəb ola bilər.
Mütəxəssislər axşam saatlarında telefondan az istifadə etməyi, müntəzəm yuxu rejimi yaratmağı və problem uzun müddət davam edərsə, həkimə müraciət etməyi tövsiyə edirlər.
Xanım,
Medicina.az