Saç boyamaq orucu pozur? - Cavab

  • 2026.02.23 11:48
  • 198 Baxış
Saç boyamaq orucu pozur? -  Cavab

Ramazan ayında oruc tutan vətəndaşlar gündəlik həyatda qarşılaşa biləcəkləri vəziyyətlərin oruclarına təsirini araşdırırlar.

Bəs saç boyamaq orucu pozurmu?



Medicina.az xəbər verir ki, Ramazan ayında oruc tutan vətəndaşlar hansı vəziyyətlərin orucu pozduğunu, hansılarının pozmadığını düşünürlər.

Bu məsələlərdən biri də saç boyamaqdır.



Qeyd olunur ki, dəriyə tətbiq olunan qidalı olmayan maddələr orucu pozmur. Orucu yemək, içmək və cinsi əlaqə pozur.

Buna görə də, saç boyamaq və ya saç müalicələri etmək orucu batil etmir.

Aygün
Medicina.az