Supermarketdə əksəriyyət tam saralmış bananlara üstünlük versə də, qidalanma mütəxəssisləri bir qədər yaşıl bananların sağlamlıq baxımından daha faydalı ola biləcəyini bildirirlər.
Medicina.az xəbər verir ki, tam yetişməmiş bananlarda rezistent nişasta daha çox olur.
Bu maddə qan şəkərinin daha yavaş yüksəlməsinə kömək edir, bağırsaqdakı faydalı bakteriyaları qidalandırır və daha uzun müddət toxluq hissi yaradır.
Dietoloq Lauren Manaker bildirib ki, bananın hansı yetişmə mərhələsinin daha yaxşı olması insanın sağlamlıq vəziyyətindən asılıdır:
“Bir qədər yaşıl banan xüsusilə qan şəkərinə nəzarət edənlər və daha uzun müddət tox qalmaq istəyənlər üçün uyğun seçim hesab olunur. Həssas həzm sistemi olan şəxslər isə çox yaşıl bananı daha çətin həzm edə bilərlər”.
Florida Universitetinin mütəxəssisi Conatan Kreyn banan alarkən əsas hissəsi sarı, ucları isə hələ bir qədər yaşıl olan meyvələrin seçilməsini tövsiyə edir. O, həmçinin bananların soyuducuda deyil, otaq temperaturunda saxlanılmasının daha məqsədəuyğun olduğunu vurğulayır.
Xanım,
Medicina.az