Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı artıb – Dəhşətli statistika

  • 2019.07.29 15:24
  • 5216 Baxış
Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı artıb –  Dəhşətli statistika
Azərbaycanda nikahdankənar uşaq doğumlarının statistikasının son 10 illik göstəriciləri ürəkaçan deyil.  İldən-ilə bu rəqəmlər azalmaq əvəzinə artır.


Medicina.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin infoqrafiyasında 2008-2017- ci illərdə şəhər və bölgələrdə rəsmi nikah olmadan doğulan uşaqların payının faizlə dəyişməsi əks olunub.


Belə ki, 2017-ci ildə şəhər yerlərində hər 8 uşaqdan biri, kəndlərdə isə hər 5 uşaqdan biri rəsmi nikahsız doğulub. 


Son illər şəhərdə rəsmi nikah olmadan doğulan uşaqların sayı 11,7% faiz azaldığı halda, kənd yerlərində bu ifrat dərəcədə artaraq 59,5%-ə çatıb.


Bölgələrdə və kəndlərdə bu artıma səbəb qızların nikah yaşına çatmadan 16-17 yaşında ərə verilməsi əsas səbəblərdən biridir. Ailələr VVAQ qeydiyyatı olmadan qurulur, doğulan körpələrin sənədləşdirilməsi belə gecikir, 15-16 yaşlı qızların ərə verilməsi faktları dövlət qurumlarından gizlədilir.