2 aprel- Dünya Autizm Maarifləndirmə günü

  • 2024.04.02 16:00
  • 3345 Baxış
2 aprel - Dünya Autizm Maarifləndirmə günü
2011-ci ildən 2 aprel tarixi Ümumdünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur.

"Medicina" xəbər verir ki, dünyada 75 milyon autist var, onların 80% uşaqlardır. Azərbaycanda rəsmi 5000 autizm sindromlu şəxs var.


Autizm anadangəlmə sinir, nevroloji pozuntudur.
Əvvəllər başqa xəstəliklərlə səhv salınırdı.

Uşaqda autizm olduğunu göstərən əsas əlamətlər hansılardır:


∙ Göz təması məhduddur və ya heç yoxdur
∙ Ətrafa laqeyddir

∙ Adına reaksiya vermir
∙ Çox hərəkətli və ya hərəkətsiz olur

∙ Bəzi uşaqlar fiziki təmasa (öpmək, qucaqlamaq və s.) icazə vermir, ya da xoşu gəlmir
∙ Əksər hallarda insanlara deyil, cansız varlıqlara meyilli olur

∙ İstədiyi şeyi barmağı ilə göstərmir
∙ Oyuncaqlarla oynamağı bacarmır

∙ Bəzi sözləri təkrar-təkrar və yersiz söyləyir
∙ Nitq inkişafı cəhətdən yaşıdlarından geridə qalır

∙ Gözləri bir səmtə zillənib qalır
∙ Yemək yemə problemləri olur, iştahsızdır, özü yemək tələb etmir

∙ Müəyyən əşyalara lazımsız yerə bağlanır

Övladınızda bu əlamətlər müşahidə olunursa, mütləq tibbi-psixoloji məsləhət üçün həkimə və ya psixoloqa müraciət etmək lazımdır.

Aygün Musayeva