1 ovuc balqabaq tumu yeyib üzərindən 1 stəkan isti su için! - İnanılmaz effekt

  • 2024.04.09 19:00
  • 1492 Baxış
1 ovuc balqabaq tumu yeyib üzərindən 1 stəkan isti su için! -  İnanılmaz effekt
Balqabaq tumu digər çərəzlərlə müqayisədə az istifadə olunsa da, saysız-hesabsız faydaları ilə diqqət çəkir.

Medicina.az xəbər verir ki, balqabaq tumu sağlam qəlyanaltı kimi tanınır. Bu tum qidalandırıcı xüsusiyyətləri ilə də diqqət çəkir.

Balqabaq tumunun sağlamlığa faydaları belə sıralana bilər:


Zülal və lif mənbəyi

Balqabaq tumları zülal və liflə çox zəngindir. Bu xüsusiyyəti ilə toxluq hissi verir və həzm sistemini dəstəkləyir.


Mineral anbarı

Balqabaq toxumlarında maqnezium, sink, dəmir və kalium kimi mühüm minerallar var. Bu minerallar bədən funksiyaları üçün vacibdir. Daimi istehlak edildikdə sağlam həyat üçün əvəzolunmaz rol oynayır.


Ürəyə faydalıdır

Balqabaq toxumu tərkibindəki sağlam yağlarla ürək sağlamlığını dəstəkləyir. Xüsusilə Omeqa-3 yağ turşuları ilə zəngin olan balqabaq tumları ürək-damar xəstəlikləri riskini azaltmaqda təsirlidir.


Antioksidant mənbəyidir

Balqabaq toxumu son dərəcə zəngin antioksidant mənbəyidir. Antioksidantlar bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruyur və hüceyrələrin zədələnməsinin qarşısını alır.

Enerji verir

Balqabaq tumları tərkibindəki sağlam yağlar və zülallar sayəsində uzunmüddətli enerji təmin edə bilir. Buna görə də idmançılar və aktiv həyat tərzi keçirən şəxslər üçün ideal qəlyanaltı ola bilər.


Balqabaq tumunun digər faydaları:

Şəkərli diabet riskini azaldır, xərçəng əleyhinə xüsusiyyətlərə malikdir, pis xolesterol səviyyəsini aşağı salır, yuxunu yaxşılaşdırır, pəhriz üçün uyğundur, orqanizmi parazitlərdən təmizləyir, sidik kisəsinin sağlamlığını təmin edir, sümüklər üçün vacib bir qidadır, retinanın sağlamlığını qoruyur, saçları gücləndirir, sperma keyfiyyətini artırır, immuniteti gücləndirir, prostat sağlamlığını dəstəkləyir, dəri sağlamlığını qoruyur, qəbizlik problemlərini aradan qaldırır.

1 ovuc balqabaq tumu və 1 stəkan su

Balqabaq tumunun faydalarından yararlanmaq üçün yatmazdan əvvəl bir ovuc balqabaq tumunu yemək və üzərindən bir stəkan isti su içmək kifayətdir. Bu tumu salatlara da əlavə etmək olar.


Aysel