Toydan öncə burun əməliyyatı etdirdi, həyatı qaraldı - Həkimdən 1 milyon təzminat tələb edir

  • 2024.04.05 13:00
  • 2152 Baxış
Toydan öncə burun əməliyyatı etdirdi, həyatı qaraldı -  Həkimdən 1 milyon təzminat tələb edir
Türkiyənin paytaxtı Ankarada yaşayan Gülizar Aras adlı gənc qız plastik əməliyyat qurbanı olub.

Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qız 2021-ci ildə 500 avro müqablində burnunu özəl xəstəxanalardan birində əməliyyat etdirib.

Onun sözlərinə görə, toy öncəsi etdirdiyi əməliyyatdan 6 ay sonra bununun ucu çöküb. Həkim xətasını qəbul edərək pul almadan onun burnunu düzəldəcəyini vəd edib. Beləliklə, gənc qız daha iki dəfə əməliyyat keçirib. Lakin onun burnu hər əməliyyatdan sonra daha pis hala düşüb.

Gülizar başqa bir həkimlə görüşdüyünü və onun vəziyyəti düzəltmək üçün 1 milyon lirə (təxminən 53 min 200 AZN) tələb etdiyini bildirib. Gənc qız baş verənlər səbəbilə həm işsiz qaldığını, həm də toyunu təxirə saldığını qeyd edib. O, turizm sahəsində çalışdığı üçün xarici görkəmi səbəbilə artıq iş tapa bilmədiyini açıqlayıb.

Gülizar burnunu əməliyyat edən həkimi məhkəməyə verib və ondan 1 milyon lirə tələb edib.

“Həyat işığımı söndürdülər. Həyatım tamamilə qaraldı", - gənc qız vurğulayıb.

Gülizarın vəkili isə həkimin ikinci və üçüncü əməliyyatları pul tələb etmədən icra etməsinin xətasını qəbul etdiyi mənasına gəldiyini və bu səbəblə məhkəmədə qalib gələcəklərinə inandığını açıqlayıb.




Aysel