13 yaşlı azərbaycanlı qız əkiz uşaq dünyaya gətirdi

  • 2026.10.02 15:58
  • 128 Baxış
13 yaşlı azərbaycanlı qız əkiz uşaq    dünyaya gətirdi




Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib.

Medicina.az xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova məlumat yayıb.

“Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatına görə, yeni doğulmuş körpələrdən biri dünən gecə saatlarında (sentyabrın 30-da - red.) vəfat edib, digərinin vəziyyəti isə ağırdır”.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb. Hadisə ilə bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 16 yaşına çatmamış şəxslə cinsi əlaqəyə görə məsuliyyət nəzərdə tutan 140-cı maddəsinin 1-ci hissəsi üzrə aparılır. Bu maddə 7 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Aygün M