Tibb üzrə Nobel 2026-cı il üzrə Fiziologiya və ya Tibb sahəsində Nobel mükafatının laureatları açıqlanıb.
Medicina.az xəbər verir ki, mükafata Karl Deisseroth, Peter Hegemann və Georg Nagel layiq görülüblər.
Alimlər bu nüfuzlu mükafatı işıq vasitəsilə idarə olunan ion kanalları və optogenetika istiqamətində apardıqları araşdırmalar və əldə etdikləri mühüm nəticələrə görə qazanıblar.
Qeyd edək ki, 2025-ci ildə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına Meri E. Brunkou, Fred Ramsdell və Şimon Sakaquçi layiq görülmüşdülər.