Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. 2026-cı ildə bu gün 5 oktyabr tarixinə təsadüf edir.
Medicina.az xəbər verir ki, bu tarixin qeyd edilməsi Ümumdünya Səhiyyə Təşkilatı və "Sərhədsiz həkimlər" Beynəlxalq Humanitar Təşkilatının birgə təşəbbüsüdür.
Hər il "Sərhədsiz həkimlər"in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparır. Hər il "Sərhədsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edir.
Həkimlik qədim olduğu qədər də ən məsuliyyətli peşələrdən biridir. Bəşəriyyət yaranandan ona həmişə yüksək dəyər verilib və hörmətlə yanaşılıb. Həkimlər və şəfa sahibləri qazandıqları təcrübəni paylaşaraq gələcək nəsillərə çatdırıblar. Əvvəllər həkimlər dərman bitkiləri, məlhəmlər, minerallar və müxtəlif rituallardan istifadə etsələr və onların müalicəni bəzən cadu və ya mistika hesab olunsa da, bu peşə çox hörmətlə qarşılanırdı.
Azərbaycanda bütün ixtisasdan olan həkimlərin sayı 2026-cı ilin əvvəlinə 34,8 min nəfər, orta tibb işçilərinin sayı isə ilin əvvəlinə 55, 3 min nəfər təşkil edir.
Azərbaycanda həkimlər və müalicə müəssisələri 2 qurum Səhiyyə Nazirliyi və TƏBİB tabeliyindədir.
Medicina.az