Son zamanlar qalmaqallı açıqlamaları ilə gündəmdə olan kouç, spiritualist Azerina kəskin çəki itkisindən sonra bədənində yaranmış sallanma və deformasiyanı estetik əməliyyatla bərpa etdirdiyini açıqlayıb.
Medicina.az xəbər verir ki, Azerina ləqəbi ilə tanınan Əfsanə Qasımlı həkim seçimindən danışıb:
“Azərbaycanda çox cərrahlara müraciət etdim, açığı istədiyim nəticəyə zəmanət verəcəklərinə güvənmədim. Sonra mən Səkinə Xudiyeva ilə tanış oldum. O, insan bədəninin strukturunu dəyişmədən, təbiiliyi qoruyaraq, ideal nəticələr ortaya qoyur. Son 6 aylıq dövrdə mən çox ağır mərhələdən keçirdim, depressiyada olarkən əməliyyat keçirdim.
Səkinə doktor mənə dedi ki, sənə çox əməliyyat lazım deyil. Sadəcə artıq sallanan dəriləri aradan qaldıraq, sonra idmanla istədiyin formanı alacaqsan.
Mən öz bədənimi qəbul etdim, onun necə ideal olduğunun fərqinə vardım. Hazırda bədənimi tam qəbul edirəm, xüsusən qarın nahiyəm çox gözəl işlənib.
Özünüzü sevin, bədəniniz dəyişsin. Mən Səkinə doktora çox rahatlıqla güvənə bilirəm”.
Aygün Musayeva