Toyuq ən çox allergiya yaradan ətdir – ALİMLƏR

  • 2019.10.04 18:07
  • 4341 Baxış
Toyuq ən çox allergiya yaradan ətdir –  ALİMLƏR
Dietoloq, nutrisioloqlar bildirir ki, toyuq ətini tamam zərərsiz və qırmızı əti əvəzləyici qida kimi qəbul etmək olmaz. 


Bir çox həkimlər xəstələrə və pəhriz saxlayanlara yağlı ətdən imtina edib, ancaq toyuq əti yeməyi tövsiyyə edir. 


Medicina.az xəbər verir ki, əslində toyuq ətində olan zülal ən allergendir. Allergiyaya səbəb olmasına görə toyuq əti hind quşu, dovşan, hətta mal ətini də keçir. Ona görə toyuq əti bütün ətlərdən faydalıdır demək olmaz. 


Amma donuz əti ilə müqayisədə quş əti daha zərərsizdir. Donuz əti qan, ürək və qaraciyər üçün ən zərərli qidadır.