Vaqif Əsədovun səhhətində problem - "Ya sağaldacaqlar, ya da öldürəcəklər”.

  • 2019.11.13 16:47
  • 5080 Baxış
Vaqif Əsədovun səhhətində problem  - "Ya sağaldacaqlar, ya da öldürəcəklər”.
Vaqif Əsədov xəstəxanaya yerləşdirildi.


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xəstəxanaya yerləşdirilib.


Medicina.az  xəbər verir ki, bu barədə Trend-ə V.Əsədov özü məlumat verib.


Polis polkovniki bildirib ki, hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alır: "Səhhətimdə problem yaranıb, soyuqla əlaqədardır. Hazırda hospitalda müalicə alıram".



Polkovnik  durumu barədə açıqlamasında bunları deyib: 


"Mənə görə narahat olmayın, qohum-əqrəbaya, hamıya da deyin ki, soyuqdan özlərini qorusunlar. Adama nə olur, elə soyuqdan olur. Həkimlər də nə deyəcək ki? Ya sağaldacaqlar, ya da öldürəcəklər”.