Kərə yağı mətbəxin əvəzolunmaz hissəsidir.
Medicina.az xəbər verir ki, səhər süfrələrindən tutmuş, hər yeməkdə öz yerini tapır.
Supermarket rəflərində və ya kənd bazarlarında müxtəlif rəngli yağlara rast gəlinir.
Bəziləri daha ağ, bəziləri sarımtıl rəngdə...
Bu məqamda ağlımıza yalnız bir sual gəlir: “Hansı yağ daha faydalıdır?”.
Sarı yağ:
Sarı kərə yağı, ümumiyyətlə, təbiətdə otlayan inəklərin südündən hazırlanır.
Otlarda olan beta-karoten (A vitamininin xəbərçisi) kərə yağına qızılı sarı rəng verir.
Daha təbii və qatqısız istehsaldan gəldiyi üçün yüksək qida dəyərinə malikdir.
Ağ yağ:
Ağ kərə yağı adətən ot, silos və ya hazırlanmış yemlə bəslənən inəklərin südündən hazırlanır. Bu yemlərdə beta-karotin olmadığı üçün rəngi ağa daha yaxın olur.
Enerji və yağ turşuları baxımından zəngindir, lakin sarı kərə yağı kimi A vitamini və antioksidanlarla zəngin deyil.
Nəticə:
Sarı kərə yağı tərkibindəki yüksək vitamin və antioksidant tərkibinə görə daha sağlam sayılır.
Ağ kərə yağı da istifadə edilə bilər, lakin onun qida dəyəri sarı yağdan daha məhduddur.
Aygün
Medicina.az