Səhər saat 7-dən edilməli 7 əməl

  • 2026.04.09 22:35
  • 207 Baxış
Səhər saat 7-dən edilməli 7  əməl


Sağlam həyat tərzi mütəxəssisləri hər gün, hətta səhər saat 7-dən əvvəl etməli olduğunuz 7 şeyin adını çəkiblər. Bu tövsiyələr peşəsindən asılı olmayaraq hər kəsə aiddir.


Medicina.az həmin 7-liyi təqdim edir:


1. Bir stəkan ilıq su için. Səhər yeməyindən əvvəl su həmçinin nəmliyi bərpa etməyə, məhsuldarlığı artırmağa və uğurlu bir gün üçün zəmin yaradır.

2. Oxumaq. Səhər tezdən maarifləndirici bir şey oxumağa bir neçə dəqiqə sərf etmək, əhvalınızı qaldıracaq.

3. Fiziki fəaliyyət, gimnastika. Yoqa həm bədən, həm də zehn üçün əladır və onun məşqlərini evdə etmək asandır.

4. Duşda mahnı oxumaq - əhvalınızı yaxşılaşdırır və səhər tezdən müsbət emosiyaların olmaması psixikanıza mənfi təsir göstərə bilər.

5. Meditasiya. Bu, hər kəs üçün deyil, amma bu sənətdə bacarıqlısınızsa və qarşıdakı gününüzü təsəvvür edə bilsəniz, sakitləşməyə kömək edəcək.

6. Gündəlik kiçik məqsədlər- Ətraflı gündəlik plan olmasa da, ən azı nail olmaq istədiyiniz bir neçə əsas məqsəd yaratmaq vacibdir. Bu məqsədlərin real olması vacibdir.

7. Gülümsəyin. "Sevgi hormonu" oksitosin xoş istilik və rahatlama hissləri yaradır. Sadəcə daha tez-tez gülümsəməklə və ya sevdiyiniz insanlar haqqında düşünməklə bu hormonun ifrazını süni şəkildə tetikleye bilərsiniz.

Aygün Musayeva