Türkiyədə Qaziantepdə ictimai meydanda cinsi əlaqədə olan iki kişinin videosu geniş qəzəbə səbəb olub. Videoya "Təəssüf ki, əxlaq və ya ədəb qalmayıb" kimi şərhlər gəlib. Bir çox istifadəçi Qaziantep Polis İdarəsini etiketləyərək onların tapılmasını tələb edib.
Medicina.az xəbər verir ki, Qaziantepdə ictimai yerdə çəkildiyi iddia edilən uyğunsuz görüntülər sosial mediada ajiotaj yaradıb. Şəhər mərkəzində çəkilən videoda iki nəfərin uyğunsuz davranışları göstərilir. Yayımlandıqdan sonra görüntülər tez bir zamanda sosial mediada yayılıb.
Bir çox istifadəçi görüntülərə mənfi reaksiya verib. "Əxlaq qalmayıb" kimi şərhlər edilib və bir çoxu tədbir görməyə çağırıb. Bəzi istifadəçilər Qaziantep Polis İdarəsini etiketləyərək həmin şəxslərin tapılmasını tələb ediblər.
Aygün
Medicina.az