Məşhur müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı Kloe Lofnan sosial şəbəkədə paylaşdığı fotoları ilə gündəm olub.
Medicina.az xəbər verir ki, Serdar Ortaçın keçmiş həyat yoldaşı Kloe Lofnan (Chloe Loughnan) sosial media hesabında paylaşdığı cəsarətli fotoları ilə diqqət çəkməyə davam edir.
Hazırda Türkiyədə olan Kloe ötən həftə Bodrumda istirahət edib.
Onun mavi libasındakı pozaları qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.
Aygün
Medicina.az