Sinəsinə top dəydi, ürəyi dayandı - VİDEO

  • 2026.03.30 12:32
  • 207 Baxış
Sinəsinə top dəydi, ürəyi dayandı -  VİDEO

Türkiyədə futbol meydançasında ürəyinə dəyən top kişinin ölümünə səbəb olub.

Medicina.az xəbər verir ki, hadisə Kahramanmaraşın Onikişubat rayonunun Boğaziçi məhəlləsindəki süni örtüklü meydançada baş verib. Dostları ilə oyun oynayarkən qapıda dayanan 49 yaşlı Səlahittin Atlının sinəsinə top dəyib. Təhlükəsizlik kamerasında da qeydə alınan hadisədə, Səlahəddin Atlının yerə yıxılmasından sonra dostları onun köməyinə tələsiblər.

Dərhal hadisə yerinə təcili tibbi yardım qrupları gəlib.

O, dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadakı həkimlərin bütün səylərinə baxmayaraq, Səlahəddin Atlını xilas etmək mümkün olmayıb.


Aygün
Medicina.az