Şokoladın bağırsaqlar üçün İNANILMAZ FAYDASI

  • 2017.08.08 11:15
  • 17093 Baxış
Şokoladın bağırsaqlar üçün  İNANILMAZ FAYDASI
Bundan əvvəlki elmi araşdırmalar şokoladın beyin fəaliyyətinə və yuxuya olan müsbət təsrini aşkar edib.


Vaşinqton Universiteti (ABŞ) alimlərinin yeni araşdırması şokoladın sağlamlıq üçün növbəti faydasını aşkar edib.


Eksperimentlər zamanı aşkar olunub ki, şokoladın istehlakı bağırsaqlar üçün olduqca faydalıdır.


The Hindustan Times-ın məlumatına görə, heyvanlar üzərində aparılmış araşdırmalar göstərib ki, şokoladın tərkibində olan əvəzsiz aminturşusu "triptofan" bağırsaqlarda iltihabın xeyli azalmasına səbəb olur.


Alimlər sübut edir ki, şokolad insanların bağırsaqlarına da eyni təsir edir.


Bundan əlavə şokoladın istehlakı orqanizmdə immun hüceyrələrinin 50% artmasına gətirib çıxardır.


Nəzərə almaq lazımdır ki, burada yalnız keyfiyyətli təbii tünd şokoladdan söhbət gedir.