Sosial media yeniyetmələri təhlükəyə atır?

  • 2026.08.18 18:24
  • 97 Baxış
Sosial media yeniyetmələri təhlükəyə atır?

Sosial mediada yayılan gözəllik trendləri yeniyetmələrin kosmetik və şəxsi qulluq məhsullarından daha çox istifadə etməsinə səbəb ola bilər.

Medicina.az xəbər verir ki, gözəllik videolarını izləyən yeniyetmələr əvvəlki gün orta hesabla 40 faiz daha çox qulluq məhsulundan istifadə ediblər.

Mütəxəssislər bildirirlər ki, bəzi kosmetik vasitələrin tərkibində hormon sisteminə təsir göstərə bilən maddələr, o cümlədən ftalatlar, parabenlər və fenollar ola bilər.

Araşdırmada yeniyetmələrin yalnız 19 faizinin istifadə etdiyi məhsulların tərkibini mütəmadi yoxladığı müəyyənləşib.

Mütəxəssislər valideynlərə və yeniyetmələrə sosial media trendlərinə kor-koranə əməl etməməyi və kosmetik məhsulların tərkibinə diqqət yetirməyi tövsiyə edirlər.

Xanım,
Medicina.az