Soyuducuda qidanın xarab olduğunu göstərən 5 əlamət

  • 2026.08.04 17:45
  • 121 Baxış
Soyuducuda qidanın xarab olduğunu göstərən 5 əlamət

İsti havalarda qidaların xarab olma riski artır.

Medicina.az aşağıdakı əlamətlərə diqqət etməyi tövsiyə edirlər:

Şişmiş qablaşdırma: Qatıq qabının və ya plastik paketlərin qabarması bakteriya fəaliyyətindən xəbər verə bilər.

Həddindən artıq nəmlik: Qablaşdırmada su damcıları və ya qeyri-adi buzlanma soyuq zəncirin pozulduğunu göstərə bilər.

Yapışqan tekstura: Ət, balıq və kolbasanın sürüşkən və yapışqan olması təhlükə siqnalıdır.

Pis qoxu: Turş, kəskin və ya ammonyak qoxusu məhsulun xarab olduğunu göstərə bilər.

Rəng dəyişiklikləri: Ətin qaralması, tərəvəzlərdə ləkələrin yaranması və konserv suyunun bulanması qidanın keyfiyyətinin pozulmasına işarədir.

Mütəxəssislər bildirirlər ki, bəzi təhlükəli bakteriyalar qidanın görünüşünü və qoxusunu dəyişmədən də inkişaf edə bilər. Şübhəli məhsulları istifadə etməkdənsə, atmaq daha təhlükəsizdir.

Xanım,
Medicina.az