Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soyuq suyun möcüzəsi: Arıqlamaq və şəkərdən qorunmaq üçün təbii yol

  • 2025.07.16 07:55
  • 1047 Baxış
Soyuq suyun möcüzəsi:  Arıqlamaq və şəkərdən qorunmaq üçün təbii yol


Dənizdə çimmək arıqlamağa kömək edir

20 dərəcədən aşağı temperaturda üzmək bədəndə yağların əriməsinə səbəb olur.


“Medicina” xəbər verir ki, morj üslubunda — yəni soyuq suda üzmək bir çox insan üçün qorxulu görünsə də, araşdırmalar bunun sağlamlığa ciddi faydalar verdiyini göstərir. Məlum olub ki, su nə qədər soyuq olarsa, diabet riskindən qorunmaq və bel incəlməsi bir o qədər asan olur. Genişmiqyaslı tədqiqatlar göstərib ki, qış üzgüçülüyü kişilərdə piy miqdarını azaldır və insulin müqavimətindən qoruyur.

Norveçin Arktika Universitetinin alimləri soyuq suda üzməyin bir sıra müsbət təsirlərini müəyyən ediblər. Bu vərdiş əhval-ruhiyyəni yaxşılaşdırır, libidonu artırır. Bununla belə, soyuq suyun hipotermiya, ürək və ağciyər problemləri riski yaratdığı da vurğulanır.

Soyuq su bədəndə artıq yağları yandıran hormonların ifrazını sürətləndirir və piylənməyə qarşı qoruma təmin edir.

Norveçli tədqiqatçılar bu sahədə 104 elmi araşdırmanın nəticələrini birləşdirərək meta-analiz aparıblar.

Məlum olub ki, 20°C-dən aşağı temperaturda çimmək qəhvəyi yağ toxumasını aktivləşdirir. Bu toxuma bədən istiliyini saxlamaq üçün kalori sərf edir. Eyni zamanda, insulin müqaviməti və diabetə qarşı qoruyucu rol oynayan adiponektin adlı zülalın səviyyəsi artır.

Aygün Musayeva