Sözləri unutmaq beyindən gələn siqnal ola bilər

  • 2026.07.24 14:22
  • 369 Baxış
Sözləri unutmaq beyindən gələn siqnal ola bilər

Bəzən danışarkən söz tapmaqda çətinlik çəkmək normal haldır. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa, koqnitiv (zehni) funksiyalarla bağlı siqnal ola bilər.

Medicina.az xəbər verir ki, danışarkən tez-tez “eee”, “hmm” kimi sözlərdən istifadə edən, uzun fasilələr verən və fikrini ifadə etməkdə çətinlik çəkən insanlarda icraedici beyin funksiyalarının zəifləməsi müşahidə oluna bilər.

Tədqiqatçılar bildirirlər ki, söz tapmaq qabiliyyəti diqqət, yaddaş, düşüncə çevikliyi və məlumatı emal etmə sürəti ilə əlaqəlidir. Bu xüsusiyyət təkcə yaşlı insanlarda deyil, bütün yetkinlik dövründə beyin fəaliyyətinin göstəricisi ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, arada bir söz axtarmaq narahatlıq doğurmur. Lakin əvvəllər rahat danışan şəxsdə bu hal artarsa və yaddaş problemləri, söhbəti izləməkdə çətinlik kimi əlamətlərlə müşayiət olunarsa, həkimə müraciət etmək tövsiyə edilir.

Xanım,
Medicina.az