Stress hormonu qadının bədənini necə dəyişir?

  • 2026.05.12 18:41
  • 112 Baxış
Stress hormonu qadının bədənini necə dəyişir?



Uzunmüddətli stress yalnız insanın ruhuna deyil, bütün bədəninə təsir edir. Xüsusilə qadın orqanizmi stress hormonlarına daha həssas reaksiya verə bilir. Orqanizmdə kortizol adlı stress hormonu uzun müddət yüksək qalanda bədən “təhlükə rejimində” yaşamağa başlayır və zamanla müxtəlif əlamətlər ortaya çıxır.


Medicina.az xəbər verir ki, stress zamanı böyrəküstü vəzilər kortizol hormonu ifraz edir. Qısa müddətdə bu hormon faydalıdır, insanı təhlükədən qoruyur, enerjini artırır. Amma aylarla və illərlə yüksək qalanda bədən tükənməyə başlayır.

Ən yayğın əlamətlər

1. Qarın və bel nahiyəsində piylənmə
Qadın əvvəlki kimi qidalansa belə:
qarın böyüyür,
bel qalınlaşır,
ödem artır,
bədən su saxlayır.

Kortizol xüsusilə qarın bölgəsində yağ yığılmasını sürətləndirə bilər.

2. Daimi yorğunluq

İnsan səhər oyananda belə yorğun olur:
enerji aşağı düşür,
bədən ağır hiss olunur,
əzələlərdə zəiflik yaranır.

Bəzən insan “yatdım, amma dincəlmədim” hissi yaşayır.

3. Yuxu pozğunluğu

Stress hormonu yüksək olan qadınlarda:
gec yatmaq,
tez-tez oyanmaq,
səhər narahat oyanmaq,
gecə ürəkdöyünməsi tez-tez rast gəlinir.

4. Narahatlıq və panik hissi

Kortizol yüksək olduqda sinir sistemi daim “hazır vəziyyətdə” qalır. Bu zaman:
səbəbsiz qorxu,
sıxıntı,
daxili gərginlik,
panikaya bənzər hallar yarana bilər.

5. Şirniyyat və duzlu qida istəyi

Stress zamanı bədən sürətli enerji axtarır. Buna görə:
şokolad,
şirin,
un məmulatları,
duzlu qidalar daha çox istənilir.

6. Dəri və saç problemləri

Uzunmüddətli stress:
saç tökülməsi,
dəridə solğunluq,
sızanaq,
gözaltı qaralma yarada bilər.

7. Hormonal balansın pozulması

Kortizol digər hormonlarla da əlaqəlidir. Buna görə:
menstrual pozğunluq,
PMS artması,
libido azalması,
hormonal disbalans yarana bilər.

8. Baş ağrısı və boyun gərginliyi

Stress zamanı əzələlər daim sıxılır. Xüsusilə:
boyun,
çiyin,
çənə nahiyəsində gərginlik yaranır və bu da migren və baş ağrısını artırır.

9. Həzm problemləri

Bağırsaq sistemi stressə çox həssasdır. Buna görə:
köp,
qəbizlik,
reflüks,
ürəkbulanma,
iştah dəyişiklikləri meydana çıxa bilər.

10. İmmunitetin zəifləməsi

Kortizol uzun müddət yüksək qalanda:
allergiyalar arta bilər,
insan tez-tez xəstələnə bilər,
bədən gec sağala bilər.

Stress bədəni niyə bu qədər dəyişir?

Çünki bədən təhlükədə olduğunu düşünür. Orqanizm bütün enerjisini “sağ qalmağa” yönəldir:
hormon balansı dəyişir,
həzm zəifləyir,
yuxu pozulur,
sinir sistemi həddindən artıq yüklənir.

Bu vəziyyət uzun müddət davam etdikdə bədən tədricən tükənməyə başlayır.

Nə kömək edə bilər?
-Yuxu rejiminin düzəldilməsi
-Kofein və şəkərin azaldılması
-⁠Gündəlik yüngül hərəkət
-Nəfəs məşqləri
-Sinir sistemini sakitləşdirən rutinlər
-Gün işığı və təbiətlə təmas
- Stress yükünü azaltmaq üçün psixoloji dəstək
Əgər simptomlar uzun müddətdir davam edirsə, hormon və ümumi analizlərin yoxlanılması faydalı ola bilər.

Aygün Musayeva