İranın paytaxtında bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib.
Medicina.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
ÜST-un sözcüsü Tehran şəhərindəki Qandi Xəstəxanası ilə əlaqədar bildirib ki, yaxınlıqdakı partlayışlar səbəbindən xəstəxanaya zərər gəldiyi üçün xəstələr təxliyə ediblər.
Bildirilir ki, təşkilat hazırda 28 fevralda ABŞ-İsrailin İrana hava hücumlarına başlamasından bəri ölkədə üç digər tibb müəssisəsinin hədəf alındığına dair məlumatları yoxlamağa çalışır.
medicina.az