Telefonu yastığın yanına qoyub yatanları nə gözləyir?

  • 2026.04.14 18:17
  • 138 Baxış
Telefonu yastığın yanına qoyub yatanları    nə gözləyir?

Gecə telefonu yastığın altına və ya yanına qoyub yatmaq həyati təhlükəli ola bilər.


Medicina.az xəbər verir ki, Rospotrebnadzor nümayəndəsi Andrey Quskov bu vərdişin təhlükələrini açıqlayıb:


"Smartfonun yaydığı elektromaqnit sahəsi insan beyninə təsir edə bilər".

Mütəxəssis vurğulayıb ki, istənilənmobil telefon işləyərkən radiotezlikli elektromaqnit şüalanması yayır. Beyin də öz növbəsində həssas bir orqandır və elektromaqnit şüalanmasının təsirlərinə həssas ola bilər.

Mobil telefonlar gecə yastığın altında və ya başın yaxınlığında başqa bir yerdə saxlanılmamalıdır.

Şalvar cibləri mobil telefon saxlamaq üçün uyğun olmayan yerlər siyahısında birinci yerdədir.

"Telefonunuzu yatağınızdan 1 -2 metr aralıda, məsələn, masanın və ya rəfin üstündə qoymalısınız”.

Mütəxəssisdən daha bir məsləhət: yatmazdan əvvəl telefonunuzun təyyarə rejimini yandırın, bu da mobil siqnalı qəbul edən modulu söndürür. Bluetooth və Wi-Fi da söndürülməlidir.

Aygün Musayeva