Yüksək qan təzyiqinin qarşısını almaq üçün bahalı məhsullara ehtiyac yoxdur. Bəzi sadə və uzun müddət saxlanılan qidalar ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər.
Medicina.az xəbər verir ki, fransalı dietoloq Kelsey Kunik təzyiqi balansda saxlamağa kömək edən 4 əsas qidanı tövsiyə edir:
• Mərcimək
• Lobya
• Balqabaq tumu
• Konservləşdirilmiş pomidor
Bu məhsullar lif, kalium və maqneziumla zəngindir. Bu maddələr duzun mənfi təsirlərini azaltmağa və damar sağlamlığını dəstəkləməyə kömək edir.
Mütəxəssislər qeyd edirlər ki, qidalanmada duzu azaltmaq, daha çox təbii və lifli məhsullara üstünlük vermək yüksək təzyiq riskini azaltmaq üçün vacib addımlardan biridir.
Xanım,
Medicina.az