Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tik-tokda canlı yayımda xəstənin ayağını kəsən cərrahla bağlı araşdırılma başlandı

  • 2025.07.08 18:02
  • 111 Baxış
Tik-tokda canlı yayımda xəstənin ayağını kəsən  cərrahla bağlı araşdırılma başlandı


Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun "TikTok" platformasında canlı yayım açması ilə bağlı araşdırmalara başlanılacaq. O, canlı yayımda xəstənin ayağını amputasiya edib və bu kadrlar izləyicilərə göstərilib.

"Medicina" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.


"Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Xatırladaq ki, son zamanlar həkimlərin mediada və sosial şəbəkələrdə müxtəlif tibbi prosedurlar zamanı canlı yayım açması faktları ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılır, nəticə olaraq xəbərdarlıq və cərimələr tətbiq edilir. Həmçinin AEM tərəfindən hər bir fakt üzrə həkimlər və klinikaların rəhbərliyi səhiyyə nazirinin 29 dekabr 2011-ci il tarixli "Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında" əmri barədə məlumatlandırılır.

Qeyd olunan davranış, yəni əməliyyat zamanı həkimin sosial şəbəkələrdə canlı yayım etməsi həm "Həkimlərin etik davranış qaydaları"na, həm də reklam və şəxsi maraqların təbliği ilə bağlı qanunvericiliyə ziddir.