ABŞ-dakı Nyu-York Universitetində aparılan araşdırmalar göstərir ki, həyatınızdakı çətin insanlar qocalmanı sürətləndirir.
Medicina.az xəbər verir ki, tədqiqat 2000-dən çox insanın məlumatlarını araşdırıb. Nəticələrə görə, sizə daim stress yaradan hər bir insan bioloji qocalma nisbətinizi təxminən 1,5 faiz artırır. Bioloji yaş bədənin hüceyrələrinin nə qədər sağlam olması ilə ölçülür. Bu o deməkdir ki, insan xronoloji yaşından daha tez qocalır.
Tədqiqatçılar bunun ömrünüzdən illərin itirilməsi demək deyil, lakin uzun müddət ərzində toplanır. Məsələn, 10 il ərzində bu sürətlənmə təxminən 1-2 aylıq əlavə bioloji qocalmaya uyğun gələ bilər. Daha stressli insanlarla təmasda olanların fiziki və zehni sağlamlığı daha pis olub.
Mütəxəssislərin fikrincə, daimi sosial stress bədəndə iltihabı və sağlamlıq risklərini artırır.
Aygün
Medicina.az