Tramp öz adını daşıyan dərman saytını elan etdi - "Daha ucuz olacaq"

  • 2026.02.06 09:33
  • 189 Baxış
Tramp öz adını daşıyan dərman saytını elan etdi -  "Daha ucuz olacaq"

ABŞ prezidenti Donald Tramp əlverişli qiymətə dərmanların əldə edilə biləcəyi "TrumpRx.gov" veb saytının artıq ictimaiyyətə açıq olduğunu elan edib.

Medicina.az xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında Tramp, vəzifəyə başladıqdan sonra bütün əsas əczaçılıq şirkətləri ilə ciddi müzakirələr apardığını və bu müzakirələr nəticəsində bir çox vacib dərman üçün əhəmiyyətli qiymət endirimlərinə nail olduqlarını söyləyib.



Əsas seçki vədini yerinə yetirdiyini bildirən Tramp, yeni xidmətin milyonlarla amerikalıya birbaşa təsir edən və onların büdcələrinə əhəmiyyətli töhfə verəcək bir addım olduğunu söyləyib:

"Biz bütün dövrlərin ən transformativ səhiyyə təşəbbüslərindən birini başladırıq. Bu, böyük bir təşəbbüsdür".

Daha sonra Medicare və Medicaid Xidmətlərinin direktoru Dr. Mehmet Öz qısa bir qiymətləndirmə edib.

Öz, Trampın göstərişinə əməl edərək, böyük bir komanda ilə çox intensiv işlədiklərini və birbaşa satış xidmətinin milyonlarla amerikalı üçün daha yaxşı səhiyyə xidməti demək olacağını vurğulayıb.



Daha sonra Səhiyyə Nazirliyinin rəsmisi 'TrumpRx.gov' veb saytından əlverişli dərmanların necə alınacağı barədə təqdimat edib.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayında verdiyi açıqlamada Tramp, ölkənin ən böyük 17 dərman istehsalçısından 14-ü ilə dərman qiymətlərini aşağı salmaq üçün razılığa gəldiklərini açıqlayıb.

Aygün
Medicina.az