Türkiyədə Aydının Buharkent rayonunda 3 yaşlı uşaq evdəki şüşədən boya durulaşdırıcısını təsadüfən içib və xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, Aydının Buharkent rayonunda baş verən hadisədə 3 yaşlı A.D. evdəki boya durulaşdırıcısı şüşədən təsadüfən içib.
Bir müddət sonra qohumları uşağın vəziyyətini görüb onu Buharkent Dövlət Xəstəxanasına aparıblar.
Orada ilkin müalicədən sonra uşaq Nazilli Dövlət Xəstəxanasına köçürülüb. Vəziyyətinin ağır olduğu bildirilən A.D. reanimasiya şöbəsində müalicə olunur.
Reanimasiya şöbəsində müalicə alan uşağın yaxından izlənildiyi məlum olub. Hadisə ilə bağlı araşdırma başlanıb.
Aygün
Medicina.az