6 fevralda 2015-ci il təvəllüdlü azyaşlı, onurğada proqressiv əyrilik, təngnəfəslik və tez yorulma şikayətləri ilə Kliniki Tibbi Mərkəzə müraciət edib.
Medicina.az xəbər verir ko, müayinə zamanı azyaşlının yanaşı olaraq anadangəlmə ürək qüsurunun olduğu da müəyyən edilib.
Aparılan radioloji müayinələr nəticəsində azyaşlıya kongenital skolioz (onurğa fəqərələrinin ana bətnində inkişafı zamanı yaranan struktur anomaliyaları nəticəsində onurğa sütununun yana doğru patoloji əyilməsi) diaqnozu qoyulub. Müayinə zamanı Cobb bucağının 65 dərəcə olduğu müəyyən edildiyindən, deformasiyanın dərəcəsi nəzərə alınaraq cərrahi əməliyyat qərarı verilib.
Əməliyyat KTM-in Neyrocərrahiyyə şöbəsinin uzman neyrocərrahları Azad Məlikov, Orxan Hacıyev, və anestezioloq Ülviyyə Əhmədbəylinin iştirakı ilə icra olunub.
Uğurlu cərrahi müdaxilə və 1 həftəlik stasionar müalicələrdən sonra xəstə vəziyyəti yaxşılaşmış halda ambulator müalicə üçün evə buraxılıb.